Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İctimai şuranın üzvləri imtahanlarda iştirak ediblər. Onlar imtahanların keçirilməsi qaydaları və tələbələrin imtahanda iştirakı və hazırlıq səviyyələri ilə yaxından tanış olublar.
Qeyd edək ki, ADPU-nun Şamaxı filialında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində filialda tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai Şura yaradılıb.
Filialın direktoru, dosent Tünzalə Yusifova şura üzvlərinin diqqətinə çatdırdı ki,  filialda imtahanların obyektiv şəkildə qaydalara uyğun keçirilməsi üçün bütün hazırlıq işləri görülüb. İmtahanlar müddətində həm də valideynlərin, ictimaiyyət nümayəndələrinin və filialın İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin edilib. Qeyd edib ki, gələcəyimiz üçün savadlı və ixtisaslı kadrların hazırlanması üçün ictimai nəzarətin təmin edilməsi çox önəmlidir.
Paylaşın: