ADPU-nun Şamaxı filialında gənc veteran-fermerlərin məşğulluğuna dəstək məqsədli eləcə də onlarla daha çox ünsiyyətdə olan dövlət qulluqçularına qazilərə ilkin  psixo-sosial yardımın edilməsini izah edən təlimlər keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova sözügedən  layihənin əhəmiyyətindən bəhs etmişdir.
Sonra “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin nümayəndəsi layihənin rəhbəri Kamil Həmidov ictimai birliyin fəaliyyəti, gənclər üçün yaratdıqları imkanlardan, eləcə də layihənin məqsəd və vəzifələrindən ətraflı bəhs etmişdir.
Daha sonra çıxış edən təlimçi psixoloq Fidan Abdullayeva isə interaktiv qaydada, qeyri-formal təhsil yanaşmasından istifadə edərək mövzunu təlimin iştirakçılarına çatdırmışdır.
Həmin gün keçirilən növbəti təlimdə isə təlimçi psixoloq Turan Balaşzadə qaziləri karyera planlaması mövzusunda ətraflı məlumatlandırmışdır. Hər təlimin sonunda iştirakçılara sertifikat, kitabça və dəftərxana ləvazimatları təqdim edilmişdir.
Qeyd edək ki, “Addım” Gənclərin İnkişaf  Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc veteran-fermer” Vətən müharibəsinin gənc iştirakçılarının məşğulluğuna dəstək proqramı layihəsinin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Gənclər Fondudur.

Paylaşın: