Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Dadaşov Çingizin Riyaziyyat və informatika müəllimliyi ixtisasının I tədris ili tələbələrinə “Riyazi analiz-1” fənnindən “Funksiyanın nöqtədə törəməsi anlayışı.Törəmənin həndəsi və fiziki mənaları” mövzusunda açıq dərsi keçirilib.
Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri p.ü.f.d Firidə Mustafayeva, Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədov və Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Cəbrayılova Süsənin iştirakı ilə keçirilən dərsdə tələbələrə mövzu ilə bağlı ətraflı məlumat verilib, slaydlar nümayiş olunub.