ADPU-nun Şamaxı filialında Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib və növbəti 3 il üçün Filialın HİK sədri yenidən seçilib.
Konfransda ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev və Həmkarlar İttifaqı Təşkilat Komitəsinin sədri Hüseyn Hacıyev iştirak edib
ADPU-nun Şamaxı filialının əməkdaşlarının da iştirakı ilə keçirilən konfransda sədr ADPU-nun Həmkarlar İttifaqı Təşkilat Komitəsinin sədri Hüseyn Hacıyev, katib isə filialın Keyfiyyət təminatı şöbəsinin mütəxəssisi Sürahi İbadova olub.
Konfransda əvvəlcə iclasın gündəliyində duran məsələlər qeyd edilib, Filialın HİK sədri Çingiz Dadaşovun 4 il üçün hesabatı dinlənilib, hesabatdan sonrakı çıxışlar əsasında qənaətbəxş hesab edilib.
Çıxışlardan sonra iclasda Filialın HİK yeni tərkibi və sədrliyi üçün namizədlər irəli sürülüb, Filialın Riyaziyat və kompüter elmləri kafedrasıın baş müəllimi Çingiz Dadaşov növbəti 3 il müddətinə yekdilliklə filialın Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib, əməkdaşlar Çingiz Dadaşovu bu münasibətlə ürəkdən təbrik edib, ona yeni nailiyyətlər arzu ediblər.
Onu da qeyd edək ki, mütəmadi olaraq filial əməkdaşları ilə görüşlər keçirən ADPU Həmkar İttifaqı Komitəsi filial əməkdaşlarının qayğılarını yerindəcə öyrəndilər və filialın fəaliyyəti ilə yaxından tanış odular. Görüşdə əməkdaşları maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.