15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar ADPU-nun Şamaxı filialında “Erkən nikaha  yox deyək!” mövzusunda dəyirmi masa keçirildi.
Tələbələri maarifləndirmək məqsədilə keçirilən tədbirdə  iştirakçılara erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə göstərdiyi mənfi təsirdən, qızların təhsildın yayınması halları və reproduktiv sağlamlıq  kimi mövzulardan  bəhs olundu.

Qeyd olundu ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Əlavə olaraq bildirildi ki, erkən nikah halları qızlarımızın təhsildən yayınmasına və ya təhsili yarımçıq qoymasına səbəb olur ki, bu da cəmiyyətimiz üçün olduqca mürəkkəb bir problemdir.
Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Tədbirdə erkən nikahlara həsr olunmuş  video-çarx nümayiş etdirildi. Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Paylaşın: