ADPU-nun Şamaxı filialında “Erkən nikah və məişət zorakılığının fəsadları” mövzusunda tədbir keçirildi.

İlk olaraq mövzu ilə bağlı videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki,  erkən nikah və məişət zorakılığı bugünki bünümüzdə aktual olan bəlalardan biridir. Qadın azadlıqlarını məhdudlaşdıran və zorakılığa yol açan ən böyük bəlalardan biri də erkən nikah və qeyri-rəsmi evliliklərdir. Erkən nikah probleminə görə qızlar təhsildən yayınır, bu da cəmiyyətin inkişafına ciddi maneələr törədir. O, qeyd etdi ki, erkən nikah hallarının qarşısını ala bilmək üçün bu istiqamətdə tədbirlərin keçirilməsi vacibdir və filialımızda mütəmadi olaraq bu mövzuda maarifləndirici söhbətlər aparılır.

Ardınca filialın Sosial və xüsusi fənlər kafedrasının müəllimi, həkim Nəzakət Abdulrazaqova – Erkən nikah və məişət zorakılığının tibbi fəsadları və Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Yeganə Mikayılova – Erkən nikah və məişət zorakılığının psixoloji fəsadları, ona qarşı mübarizə mövzusunda ətraflı çıxış etdilər. Çıxışlarda erkən nikahın səbəbləri, nəticələri və bu problemlərlə bağlı digər bir sıra məsələlərdən bəhs olundu. Qeyd olundu ki, gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük  rolu vardır.

Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırıldı.

 

Paylaşın: