ADPU-nun Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası və Kitabxana və elektron resurslar şöbəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dünyanın xilası sevgidə, sevginin mənbəyi təbiətdədir” adlı dəyirmi masa keçirildi.

İlk olaraq Səməd Vurğunun “Azərbaycan” şeirinin səsləndirildiyi videoçarx nümayiş olundu.

Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşıyeva “Azərbaycan COP-29-un ev sahibliyində” mövzusunda ətraflı çıxış etdi. Həmçinin mövzu ətrafında diskussiya aparıldı və çıxışlar dinlənildi. Çıxışlarda vurğiulandı ki, Respublikamızın şəhər və rayonlarının davamlı inkişafının təmin olunması, habelə işğaldan azad edilmiş ərazilərin bərpası, yaşıl enerjiyə keçid, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması, ekoloji təhlükəsiz mühitin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri də məhz “Təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” olmasına çalışmaqdır. Şübhəsiz ki, Azərbaycanın dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsi, uzaqgörən siyasətinin nəticəsidir

Tədbir Azərbaycan Respublikasının Xalq artisti Polad Bülbüloğlunun ifasında “Şən Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatdı.

Paylaşın: