Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialinda 21
Sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamıza sülh gərəkdir!”
mövzusunda diskussiya keçirilib.
Diskussiyada professor-müəllim və tələbə heyəti istirak edirdi.
İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ardınca çıxış edənlər Sosial və xüsusi fənlər kafedrasının müəllimi, f.ü.f.d Şəsəddin Mikayilov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Süsən Cabrayılova,
Kitabxana va elektron resurslar şöbəsinin müdiri Vasila Razimi öz nitqində bu günün beynəlxalq səviyyədə keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və onun siyasi varisi Cənab Prezident İlham Əliyevin apardığı müdrik siyasətin ayrılmaz tərkib hissəsi olmuşdur. Azərbaycan Respublikası hər zaman münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində ardıcıl və mühüm addımlar atıb və bu dəst-xətt təcavüzkar Ermənistana qarşı sülh danışıqlarının limiti bitənədək dəyişmədi. Onlar həmçinin, tələbələrdə insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltmək üçün bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladılar.
Ardınca tələbələr də mövzu haqqında fikirlərini bildirdilər.
Qeyd edək ki, Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə filialda sülh gününə həsr olunmuş güşə hazırlanıb.