ADPU-nun Şamaxı filialında Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası və Kitabxana və elektron resurslar şöbəsinin birgə təşkilatçılığı ilə “Dilimiz-varlığımızdır” mövzusunda maarifləndirici görüş keçirildi.

İlk olaraq Beynəlxalq Ana dili Gününə həsr olunmuş videoçarx  nümayiş olundu, ardınca mövzu ətrafında diskussiya aparıldı.

Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri f.ü.f.d. Eyvaz Eminalıyev “Ana dili milli varlığımızdır” adlı çıxışı ilə, ana dilimizi qorumaq və inkişaf etdirmək, həmçinin  onunla qürur duymağın hər bir  Azərbaycan vətəndaşının  mənəvi borcu olduğunu vurğuladı.

Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşıyeva “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi” adlı çıxışında bildirdi ki, dil xalqın bütün yaddaşını və tarixini özündə birləşdirən ən qiymətli xəzinədir.

Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi “Ana dilinin bədii ədəbiyyatda tərənnümü” adlı çıxışında ana dilimizin saflığı, qorunub saxlanılması, inkişaf etdirilməsində ziyalıların, görkəmli sənətkarların üzərinə böyük vəzifələr düşdüyünü, hər zaman dil mücahidlərinin məqsədyönlü əməyi sayəsində müasir Azərbaycan dilinin mükəmməl səviyyəyə çatmasını qeyd etdi.

Tədbirdə filialın tələbələri də fəal iştirak edirdi. Sonda tələbələrimiz İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Bayramova Leylanın ifasında Xəlil Rza Ulutürkün “Ana dilim” şeiri,  İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Məmmədli Ayturanın ifasında isə  Tofiq Bayramın  “Ana dili” şeiri səsləndirildi.

 

Paylaşın: