Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında buraxılış tədris ili tələbələrinin pedaqoji internatura və pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib. Iki hissəli keçirilən tədbirdə ilk olaraq pedaqoji internaturaya gedəcək tələbələrlə, ardınca pedaqoji təcrübəyə  gedəcək V tədris ili tələbələri ilə görüş keçirildi.

Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və buraxılış ili tələbələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq tədbir iştirakçılarını salamlayıb və pedaqoji interntaura və təcrübənin başlanması münasibətilə tələbələri təbrik edib. Bu müqəddəs, şərəfli, peşənin ilk addımlarında olan tələbələrə müvəffəqiyyətlər arzulayaraq onlara bu işdə diqqətli və məsuliyyətli olmağı tövsiyə edib.

Ardınca çıxış edən pedaqoji fakültənin dekanı Qahirə Şahbazova təcrübəyə gedəcək tələbələrə pedaqoji təcrübə və internaturanın mahiyyəti, görüləcək işlər və tələbələrin vəzifələri haqqında məlumat verdi və onları təhsil müəssisələri üzrə bölgü ilə tanış edib.

Daha sonra Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədova buraxılış ili tələbələrinə uğurlar arzulayaraq pedaqoji internatura və təcrübənin keçiriləcəyi təhsil müəssisələri və oradakı qayda-qanunlar haqqında onları məlumatlandırıb.

Sonra pedaqoji təcrübə və məzunlarla iş üzrə rəhbər Rasim Nərmanov pedaqoji internatura və təcrübədə məktəblərə təhkim olunmuş pedaqoq psixoloq və metodistlərin siyahısını elan edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Paylaşın: