ADPU-nun Şamaxı filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şəlalə Seyidova Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq təlimdə iştirak edib.

20 fevral 2023-cü ildə Şəlalə Seyidova eyni adlı təlim təşkil etdi. Təlimdə fiialın professor-müəllim heyəti və tələbələr iştirak edirdi. O, təlimdə gender bərabərliyinin təhsil prosesində oynadığı roldan bəhs etdi. Qeyd olundu ki, müasir dövrün tələbi olaraq genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəb müəllimlərinin, müvafiq sahədə ekspertlərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaq, genderyönümlü pedaqogika üzrə məzmunun pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəblərin ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etməkdir.

Sonda müəllimlər təhsildə gender bərabərliyi məsələsi haqqında öz fikirlərini qeyd etdilər və təlim diskussiya formasinda davam etdi.

Paylaşın: