Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ağsu Regional Miqrasiya İdarəsi tərəfindən “Azərbaycan Respublikası ərazisində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya proseslərində iştirakı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşları Faiq Məmmədov və Həmid Həbibov,  ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə  Yusifova, professor-müəllim və tələbə heyəti iştirak edirdi.

Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamladı. Ardınca Ağsu Regional Miqrasiya İdarəsinin miqrasiya xidməti müşaviri Faiq Məmmədov və kiçik miqrasiya xidməti müşaviri Həmid Həbibov miqrasiya qanunvericiliyinin əhəmiyyəti və tətbiqi, eyni zamanda Azərbaycan Respublikası ərazisində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə DMX tərəfindən verilən sənədlər barədə ətraflı məlumat verdilər.

Sonda tədbir diskussiya formasında davam etdi və mövzu ilə bağlı suallar cavablanıdrıldı.

Paylaşın: