Azərbaycan Dövlət Pedaqoji Universiteti və Məhsəti Şairlər Məclisi İctimai birliyinin birgə təşkilatçılığı ilə “Ana dilinin saflığı” mövzusunda tədbir keçirildi.

İlk olaraq, torpaqlarımızın müstəqilliyi uğrunda canından keçmiş həmvətənlərimizin xatirəsinin  bir dəqiqəlik sükutla yad edildi, ardınca videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki, əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir. Zəngin tarixi, milli varlığımızın rəmzi olan Azərbaycan dili şərəfli inkişaf yolu keçərək dünya dilləri sırasına nüfuz etmişdir. Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin edildiyi vaxtdan ana dilimiz – Azərbaycan dili sanki öz mühafizəçisini tapmışdır. Məhz ulu öndər ünsiyyət vasitəsi olan dilimizi – Azərbaycan dilini dövlət siyasətinə çevirmişdir.Xalqımızın ümummilli liderinin dil siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə, keçmişimizə daim böyük həssaslıqla yanaşır. Ana dilinin qorunması hər birimizin müqəddəs borcudur.

Ardınca çıxış edənlər    Məhsəti Şairlər Məclisi İctimai birliyinin sədri Cəvahir Qaraqızı,    Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d Eyvaz Eminalıyev, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Mirzəyeva Nuranə mövzu ilə bağlı geniş çıxış etdilər.

Sonda İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Məmmədli Ayturanın ifasında “Ana dili” şeirinin səsləndirilməsi ilə tədbir başa çatdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaşın: