ADPU-nun Şamaxı filialının Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri p.ü.f.d Firidə Mustafayeva iştirak etdiyi “Akademik okul yazarlık ve kariyer yolculuğu”  adlı beynəlxalq təlimdə öyrəndiklərini filialın professor-müəllim və tələbə heyəti ilə də bölüşdü. Onlar təlimdə “Akademik həyat yolu və motivasiya” mövzusunda təqdimatla tanış oldular. Məqalə yazmaq üçün ən önəmli məqamlardan biri olan  araşdırmaya necə başlamaq lazım olduğu haqqında məlumat verildi. Mövzu iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda   təlim iştirakçılarını maraqlandıran bir çox suallar müzakirə edilərək cavablandırıldı.

Paylaşın: