ADPU-nun Şamaxı filialında “Açıq qapı” günü keçirildi. Tədbirdə Alxan Alxanov adına Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdiər.
İlk olaraq şagirdlər filialın strukturları, auditoriyaları və tədris prosesi ilə yaxından tanış oldular. Daha sonra Heydər Əliyev lektoriyasında tədbir davam etdi. Filialın direktoru dosent Tünzalə Yusifova iştirakçıları bir daha salamlayıb və “Açıq qapı” günlərinin filialda ənənə halını aldığını qeyd etdi. O bildirdi ki, ADPU-nun Şamaxı filialı regionun yeganə ali təhsil müəssisəsi kimi mühim yer tutur. Məzunlarımız bir çox sahələrdə uğurlar qazanaraq filialı qürurla təmsil edirlər. Ulu Öndər Heydər Əliyevin regionlara qayğısının nəticəsidir ki, ADPU-nun Şamaxı filialı yarandığı gündən bu günə kimi kadr hazırlığı sahəsində özünəməxsus yer tutur. Onu da qeyd edib ki, filiala yüksək balla daxil olan tələbələrimizin sayı ildən-ilə artır və bu olduqca sevindirici haldır.
Görüşdə filialımızın məzunu olmuş hal-hazırda orta məktəb müəllimi kimi fəaliyyət göstərən müəllimlər də iştirak edirdilər. Onlar bugünün abituriyenti və gələcəyin tələbəsi olan şagirdlərə tövsiyə etdi ki, uğurlu gələcək üçün müasir standartlara cavab verən tədris prosesi və tələbəyönümlü təhsil sistemi olan ADPU-nun Şamaxı filialını seçsinlər.
Görüşdə həmçinin tələbələrin asudə vaxtlarını səmərəli dəyərləndirməsindən, tələbə-gənclər təşkilatlarının fəaliyyətindən filialda keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəallığından bəhs olundu.