Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 5 Oktyabr- Müəllimlər Gününə həsr olunmuş “Qəlbdən qələmə” adlı tədbir keçirildi. Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
İlk olaraq “Mənəviyyat çırağı-müəllim” adlı videoçarx nümayiş olundu.Ardınca tələbələrimizin mövzu ilə bağlı çıxışları dinlənildi və onların ifasında şeirlər və mahnılar səsləndirildi, maraqlı səhnəciklər nümayiş olundu. Tədbirdə, həmçinin, filialımızın şəhid məzunları yad olundu.
Filialın direktoru dosent Tünzalə Yusifova çıxışında tədbir iştirakçılarını salamladı, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində böyük rolu olan bu şərəfli peşə sahiblərini və gələcəyin müəllimi olan tələbələri bu əlamətdar gün münasibətilə təbrik etdi . O ulu öndər Heydər Əliyevin bu şərəfli peşə sahiblərinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Bunu ulu öndərin “Mən yer üzündə müəllim adından yüksək, şərəfli bir ad tanımıram” sözündə də aydın şəkildə görə bilərik.Eyni zamanda qeyd etdi ki, cənab prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görmüşdür.
Sonda filialın tələbələrindən ibarət xor qrupunun ifasında “Müəllim ömrü” mahnısı səsləndirildi.