ADPU-nun Şamaxı filialının Heydər Əliyev Lektoriyasında Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “ON1000” proqramı çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi.
Tədbir başlamadan öncə Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirə giriş sözü ilə başlayan filialın direktoru dosent Tünzalə Yusifova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən konseptual şəkildə işlənmiş və reallaşdırılmış Azərbaycançılıq ideyası Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfər məhz milli həmrəyliyin təntənəsi, Prezident-Xalq sarsılmaz birliyinin parlaq təzahürü idi.
Daha sonra Tələbə Gənclər Təşkilatının fəalları Məktəbəqədər təhsil ixtisasının III tədris ili tələbəsi və Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Departamentinin rəhbəri Gülnar Cəbiyeva – “Biz birlikdə Güclüyük” , Təhsildə sosial-psixologiya ixtisasının I tədris ili tələbəsi Səbinə Hümbətova “Hər bir Azərbaycanlı üçün birlik, həmrəylik günü” , Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II tədris ili tələbəsi Rəqsanə Ağayeva “Azərbaycan millətinin birlik şüarının simvolik günü” mövzularında çıxış etmiş, Təhsildə sosial-psixologiya ixtisasının I tədris ili tələbəsi Səbinə Hümbətova Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeirini səsləndirmişdir.
Sonra Tələbə Gənclər Təşkilatı ailəsinin il ərzində birgə fəaliyyətindən, həmrəyliyindən bəhs edən videoçarx nümayiş olundu.
Sonda isə tələbələr arasında əyləncəli oyun keçirildi və onlara tapmacalar səsləndirildi. Sürpriz qonaq – Şaxta baba tərəfindən qaliblərə hədiyyələr təqdim olundu.