Tədbirdə çıxış edənlər bu günün əhəmiyyətindən ətraflı şəkildə bəhs etilər. Çıxışlarda qeyd olundu ki, bu gün dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da “Elm günü” böyük qürur hissi ilə keçirilir. Ulu Öndər Heydər Əliyev hər zaman elmə, biliyə yüksək qiymət vermişdir. Onun siyasətinin uğurlu davamçısı olan Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 2018-ci il aprelin 9-da Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsində göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır. Bu gün resublikamızda elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən vacib və aktual məsələlərdəndir.

Çıxışlarda həmçinin filialın müəllimlərinin elmi fəaliyyətinin inkişaf dinamikasından, filialda keçirilən elmi konfranslardan geniş şəkildə bəhs olundu. Konfranslarda tələbələrimizin fəal şəkildə iştirakı və sərbəst çıxışları gənc nəslin elmə marağının göstəricisidir.

 

Paylaşın: