ADPU-nun Şamaxı filialında 2025-2026-cı tədris ilinin qəbul planı proqnozu müzakirə olundu. Müzakirə zamanı yerli tələb, sorğuların nəticələri, məzunlarla və işəgötürənlərlə olan söhbətlər əsas diqqət mərkəzində saxlanıldı. Mövcud ixtisaslardan əlavə bəzi yeni ixtisasların açılması da nəzərdə tutulduğundan siyahıya əlavə olundu.