ADPU-nun Şamaxı filialında 2022/2023-cü tədris ili üzrə “İlin tələbəsi” müsabiqəsi yekunlaşıb.

Müsabiqədə filialın il ərzində fərqlənən tələbələri arasında seçim turu keçirildi. Seçim turunun nəticələrinə əsasən ADPU-nun Şamaxı filialının Riyaziyyat və intormatika müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Hüseynova Tahirə 2022/2023-cü tədris ili üzrə “İlin tələbəsi” adına layiq  görülüb.

Tahirə filiala yüksək balla, dövlət sifarişli əsalarla daxil olub. Təhsil aldığı müddətdə istər təhsil həyatında, istərsə də filialın ictimai-siyasi həyatında fərqlənərək uğur qazanıb.

Tahirə, həmçinin  filialdankənar tədbirlərdə də aktiv şəkildə iştirak edib. Belə ki, Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə icra etdiyi “İELTS imtahanına təşviq” layihəsində iştirak etmiş və imtahanda 7.5 bal nəticə ilə uğur qazanmışdır. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə keçirilən  İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılmış Technest layihəsi çərçivəsində 16 fevral 2023-16 iyul 2023 tarixlərində Codelandia Academy “Qrafik Dizayn” kursunu fərqlənmə ilə bitirib.

Müsabiqənin yekun mərhələsində filialın direktoru dosent Tünzalə Yusifova “İlin tələbəsi” adına layiq görülən tələbəmizi təbrik etdi və müvəffəqiyyətlər arzuladı. Qalibə diplom və digər hədiyyələr təqdim olundu.

Eyni zamanda filialın Həmkarlar İttifaqı Komitəsinin sədri Dadaşov Çingiz qalibin THİK tərəfindən mükafatlandırılımasının müjdəsini verdi.

Tələbəmizi ürəkdən təbrik edir, uğurlarının davamını arzu edirik!

 

 

 

 

Paylaşın: