ADPU-nun Şamaxı filialında 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olundu.
Hər il filialda Azərbaycan Gəncləri Günü təntənəli şəkildə qeyd olunur.Bu il 2 fevral Gənclər Günü pandemiya qaydalarına uyğun,sosial məsafə gözlənilməklə filialın Heydər Əliyev lektoriyasında keçirildi.
İlk olaraq gəncliyini,arzularını Vətənə qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əlamətdar gün münasibətilə gəncləri təbrik edən filialın direktoru,dos.Tünzalə Yusifova Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün dövlət gənclər siyasətinin mühüm istiqaməti olduğunu bildirdi.Çıxışda dövlət səviyyəsində gənclərin inkişafı,stimullaşdırılması,sosial-iqtisadi sahələrdə aparıcı qüvvəyə çevrilməsi məqsədilə atılan addımlardan danışıldı.Qeyd olundu ki,Zəfər tariximizdə əsas qüvvənin məhz gənclərdən ibarət olması,gənclərin ruh yüksəkliyi illərdir ölkədə aparılan gənclər siyasətinin nəticəsi idi.Bu gün Cənab prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclərimiz çiçəklənən Azərbaycan naminə bütün sahələrdə,o cümlədən təhsil sahəsində uğurla fəaliyyət göstərirlər.
Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Nurulu Ələsgər,sədr müavini Mirzəyeva Nuranə,təşkilatın Kitab və qiraət klubunun sədri Abbasova Fidan,Cinema klubun sədri Narınc Cəbrayılova və İntellektual Oyunlar klubunun sədri Mənəfov Toğrul gənclər adından çıxış edərək,bildirdilər ki,bu gün gənclər bütün sahələrdə dövlətin qayğısını hiss edir və Azərbaycanın parlaq gələcəyi naminə fəaliyyətlərini qururlar.
Tədbirdə il ərzində filialın təhsil və ictimai həyatında fəallıq göstərən tələbələri diplomla mükafatlandırıldılar.Bu diqqətə və filialda onlara yüksək təhsil almaları və asüdə vaxtlarının səmərəli keçirmələrinə yaradılan şəraitə görə tələbələr filialın rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda tədbirdə iştirak edən müəllim heyəti tələbə-gəncləri bu gözəl gün mansibətilə təbrik edərək,fəaliyyətlərinə uğurlar arzuladılar.