Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Pedaqogika və psixologiya kafedrasının müəllimi Səməngül Abdullayevanın təqdimatında  2 aprel- Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş maarifləndirici seminar keçirildi. Filialın İnklüziv Təhsil Mərkəzində keçirilən seminarda qeyd olundu ki, 2008-ci ildən başlayaraq hər il aprelin 2-i Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.Bu barədə BMT Baş Assambleyası 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd edilməsi xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır. Bu günün tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verildikdən sonra, mövzu ilə bağlı videoçarx nümayiş olundu.

Qeyd edək ki, bu cür maarifləndirici dərslərin keçirilməsində əsas məqsəd autizm sindromlu fərdlərə diqqət çəkmək, ictimayətdə autizmin xəstəlik olmadığına dair fərqindəlik yaratmaqdır.

Paylaşın: