ADPU-nun Şamaxı Filialı YAP Şamaxı rayon təşkilatının hesabat konfransında iştirak etdi.

Fevralın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı İdarə heyətinin hesabat konfransı keçirildi.  Konfransda ADPU-nun Şamaxı Filialının rəhbərlyi də iştirak edirdi.

Konfransda çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova YAP-ın yaranması, Azərbaycanın tarixində və onun bugünkü inkişafında oynadığı roldan danışdı. O bildirdi ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyətə başlayan YAP müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edərək fəaliyyətini bu gün də uğurla davam etdirir. Eyni zamanda Ulu Öndərin həyata keçirdiyi ordu quruculuğu siyasətinin nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə öz sözünü döyüş meydanında dedi, işğal altında olan torpaqlarımız azad olundu. Çıxışda o da vurğulandı ki, ADPU-nun Şamaxı filialının məzunları YAP Gənclər Birliyinin üzvləri kimi ordu sıralarında şücaət göstərmiş, dövlət tərəfindən medallarla təltif olunmuşlar. Həmçinin hesabat dövründə filialda görülən işlərdən, Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə şəhid ailələrinə ziyarətlərin təşkil olunmasından danışıldı.

Tədbirdə iştirak edən Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov da dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın uğurlar partiyası olmasını qeyd etdi. O vurğuladı ki,  YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilmişdir və ölkənin siyasi həyatında mühüm rol oynayır.

Paylaşın: