ADPU-nun Şamaxı filialı YAP Gənclər Birliyi təltif edildi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (ADPU YAP GB) 2020-2021-ci tədris ilinin yekunlarına həsr olunmuş yekun hesabat konfransı keçirildi.

Microsoft Teams platforması üzərindən onlayn şəkildə təşkil olunan konfransda YAP Səbail rayonu “Pedaqoqlar” ərazi təşkilatının sədri Sultanəli Qurbanov, ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, ADPU YAP GB-nin sədri Tərlan Ağayev, təşkilatın 100-dən artıq üzvü, o cümlədən Şamaxı filialının YAP GB-nın sədri Məhərrəm Məhərrəmli iştirak edib.

Giriş sözü ilə çıxış edən Turan Kərimli konfransın işinə uğurlar arzuladıqdan sonra təşkilat sədri Tərlan Ağayev hesabatla çıxış edərək hesabat dövründə həyata keçirilən layihələrdən danışdı. Sonda mükafatlandırma mərasimi keçirildi. Mərasim zamanı ADPU-nun Şamaxı Filialı ADPU YAP GB-nin 2020-2021-ci tədris ilindəki fəaliyyətinə göstərdiyi dəstəyə görə təltif olundu. Bu münasibətlə təşkilatın sədri Məhərrəm Məhərrəmlini və bütün üzvlərini təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Paylaşın: