ADPU-nun Şamaxı Filialı təltif olundu.
Fevralın 2-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2 Fevral Gənclər Günü münasibətilə Gənclər Fondunun dəstəyi ilə “Dəmir Yumruq, Dəmir Gənclik” adlı tədbir təşkil edildi. Onlayn formada keçirilən tədbirdə ADPU-nun Şamaxı Filialının fəal tələbələri də iştirak edirdi. Tədbir zamanı 2020-ci il ərzində Vətən Müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə iştirakı və ümumi fəaliyyətlərinə görə ADPU-nun Şamaxı filialının Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova, Tələbə Gənclər Təşkilatının sədri Hilal Mürsəlov və təşkilatın onlarla fəal üzvü Fəxri Fərman və sertifikatlarla təltif olundular. Təltif olunan hər kəsi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik.
Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı il ərzində göstərdiyi aktiv fəaliyyətə görə “İlin TGT-si” adına layiq görülmüşdür. Bu münasibətlə ADPU TGT-ni təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.