24 dekabrda ELGER Elm və Tədris mərkəzinin təşkilatçılığı və Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyi, Azərbaycan Dövlət Pedaqoji
Universiteti Şamaxı Filialı, Şamaxı Heydər Əliyev Mərkəzi, Dünya Azərbaycanlıları Platformu, İsveçdəki
Azərbaycanlılar Konqresinin dəstəyi ilə Qırğızıstan və Azərbaycan arasındakı elmi-mədəni əlaqələr
çərçivəsində Qırğızıstan Cusup Balasagun Qırğız Milli Universiteti ilə birlikdə keçirilən “ACTUAL
PROBLEMS OF SCİENCE: İN THE LIGHT OF THE TURKISH WORLD AND NATIONAL
UNITY” adlı XXXIII Beynəlxalq elmi konfransı keçirildi.
Onlayn formada keçirilən konfransda ilk olaraq Elger mərkəzinin rəhbərliyi – prof. Ellada Gərayzadə və İlkin Qulusoy salamlama nitqi ilə çıxış edərək konfransın təşkilinə dəstək olan qurumlara, o cümlədən ADPU-nun Şamaxı filialına təşəkkür etdilər. Qeyd olundu ki, konfransın məqsədi Türk dünyasında mövcud elmi-mədəni əlaqələri daha da genişləndirməkdir. Çıxışçılar konfrans iştirakçıları adından türk dövlətlərində əsl lider kimi tanınan cənab Prezident İlham Əliyevin doğum gününü təbrik etdilər.
Növbəti salamlama nitqi ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova konfransın işinə uğurlar arzu etdi. T.Yusifova qeyd etdi ki, son illər filialda keçirilən respublika və beynəlxalq səviyyəli konfranslar filialın elmi tədqiqat mərkəzinə çevrilmə yolunda mühüm addımlardır. Bu konfrans Azərbaycan-Qırgızıstan əlaqələri çərçivəsində keçirilməsi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin təzahürü kimi özünü göstərir. Həmçinin Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev də bir çox beynəlxalq tribunalardan çıxışları göstərir ki, Azərbaycan türk ölkələri arasında siyasi körpü rolunu oynayır.
Şamaxı Heydər Əliyev mərkəzinin direktoru Könül Eyvazova da konfransın təşkilatçı və iştirakçılarını salamlayaraq “Heydər Əliyev bütöv Türk dünyasının lideridir” mövzusunda çıxış etdi.
Qırğızıstan Cusup Balasagun Qırğız Milli Universitetinin əməkdaşı Farizat Kuramayeva çıxış edərək Azərbaycan elm dünyası nümayəndələri ilə görüşdən məmnunluğunu bildirdi. O, konfransın aktual mövzuların tədqiqat nəticələrini özündə əks etdirəcəyinə inam ifadə etdi.
Plenar iclasda həmçinin ADPU-nun dosenti Yeganə Qəhrəmanova “Müasir dövrdə türk dünyasında milli dil və milli kimlik məsələləri”, ADPU-nun Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü f.d. Eyvaz Eminalıyev “Oljas Süleymdnovun yaradıcılığındatürkçülük”, ADU-nun baş müəllimi, t.ü.f.d. Şahismayıl İsmayılov “Türk xalqları” mövzularında məruzə etdilər.
Plenarın sonunda prof. İlkin Qulusoy konfransın bölmələri, materialların çap olunma qaydaları və d. məsələlər haqqında məlumat verdi.
Sonra konfrans 7 bölmədə öz işini davam etdirdi. Bölmələrdə bir çox türk dövlətləri və Azərbaycan tədqiqatçıları ilə yanaşı ADPU-nun Şamaxı filialının əməkdaşları da məruzə ilə çıxış etdilər.
Qeyd edək ki, eyni gündə “DIALOGUE OF SCIENCES AND CULTURES IN THE
MODERN WORLD” mövzusunda beynəlxalq tələbə konfransı da keçirildi.
Hər iki konfransın materialları yaxın günlərdə fiziki və onlayn formada nəşr olunacaq və bütün iştirakçılar ingilis dilində beynəlxalq səviyyəli sertifikat əldə edəcəklər.