ADPU-nun 100 illik yubileyi münasibətilə ADPU-nun Şamaxı filialının bir qrup əməkdaşına təltiflər təqdim olundu.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən universitetin bir qrup əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilmələri münasibətlə martın 2-də ADPU-nun Elmi Şurasının iclasında təqdimetmə mərasimi keçirildi. Elmi Şurada iştirak edən ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifovaya Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl təhsil isçisi” döş nişanı təqdim olundu.
Qeyd edək ki, filialımızın Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov, Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Tərbiyə işləri üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova və Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri, baş müəllim Fəxrəddin Məmmədov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilmişdir.
Bir daha bu münasibətlə filialın direktoru, dosent Tünzalə Yusifovanı və təltif olunan digər həmkarlarımızı ürəkdən təbrik edir, hər birinə elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.