Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin (ADPU HİK) XVIII hesabat-seçki konfransı keçirilib.
ADPU-nun fakültələri, struktur bölmələri və filiallarında keçirilmiş hesabat-seçki yığıncaqlarında seçilmiş nümayəndələrin iştirakı ilə baş tutan konfransda Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova və filialın HİK sədri, baş müəllim Çingiz Dadaşov iştirak edib.

Tədbirdə filialın Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov  Həmkarlar İttifaqı Komitəsinin İdarə heyətinin üzvü seçilib.Bu münasibətlə  həmkarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Paylaşın: