Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru yanında Keyfiyyət Komissiyasının növbəti iclası keçirilib. İclasda ADPU-nun Şamaxı filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Ruqiyyə Babaşova da iştirak edirdi.
İclası giriş sözü ilə açan sədr, ADPU-nun ttədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov reytinq qiymətləndirilməsi prosesinin detallarından danışaraq bu prosesdə 5 filial və ADPK da daxil olmaqla, ümumilikdə 1270 müəllimin iştirak etdiyini diqqətə çatdırıb.
Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov ADPU-da professor–müəllim heyətinin reytinq qiymətləndirilməsi üzrə ilkin statistik məlumatları diqqətə çatdırıb. Sonra fakültələr, filial və kollecdə çalışan professor-müəllim heyətinin topladığı balların ortalaması və müəyyən müqayisələr təqdim olunub.
Sonra reytinq qiymətləndirilməsinin müvafiq bəndlərinə uyğun olmayan sənədlərlə bağlı Komissiya üzvlərinin fikir və rəyləri dinlənilib.
Yekunda səsvermə yolu ilə sənədlərlə bağlı müvafiq qərarlar qəbul olunub və reytinq qiymətləndirilməsi ilə bağlı hesabatın Elmi Şurada müzakirəsinə qərar verilib.