ABŞ VƏ ERMƏNİ LOBBİSİNİN SOYQIRIM İDDİASI TÜRK DÜNYASINA QARŞI BÖHTANDIR.

Ermənilər daim tarixi saxtalaşdıraraq dünya ölkələrində uydurma təbliğat işini həmişə davam etdirmişdir. Onlar qərəzli olaraq Osmanlı imperiyasının ermənilərə qarşı soyqırm etdiyini sübut etməyə çalışmış və bütün dünya ölkələrində saxta təbliğat maşınını işə salmışdır. Dünya erməni lobbisinin 105 il çalışdığı “erməni soyqırımının tanıdılması nağılı” firavan həyatın təmin olunmasına deyil, müharibələrin yaradılmasına və nifrətin köklənməsinə xidmət edir. Sual olunur ki, son 106 ildə Amerika Birləşmiş Ştatlarına rəhbərlik etmiş siyasətçilər savadsızmı idilər?. Əsla elə deyildi. Onlar sadəcə erməni soyqırımının yalan və saxta olduğunu çox yaxşı bilirlər. Hətta Türk dünyasına, İslam ölkələrinə, bir sözlə, Şərq sivlizasiyasına qarşı kifayət qədər radikal münasibət bəsləyən ABŞ siyasətçiləri ermənilərin həmişə arzularını səksəkədə qoymuş lakin soyqırm ifadəsini dilə gətirməmişdilər. Amma bügün hadisələrə nəzər saldıqda görürük ki, ABŞ rəhbərliyinin ermənilərdən hansısa bir vasitə kimi istifadə etməsinə ehtiyacı vardır.
Məlumdur ki, bugün Türkiyə dövləti özünün müstəqil siyasətini həyata keçirir və sürətlə inkişaf edir. Bütün bu reallıqlar ABŞ dövlətini və onun havadarlarını çox narahat edir. Çünki ABŞ-ın bir çox dövlətlərlə Çin Xalq Respublikası, Avropa İttifaqının bəzi ölkələri, Rusiya Federasiyası və İran İslam Respublikası kimi dövlətlərlə müəyyən problemləri mövcuddur. Ona görə də belə bir sıralanmış inkişaf ABŞ-a sərf etmir. Bu baxımdan onlar yaxşı bilirlər ki, 200 ildən çoxdur ki, Avrasiyada ermənilərdən alət kimi istifadə edirlər. Buna görə də ABŞ Prezidenti Bayden aprelin 24-də ermənilərin maraqlarını əsas götürərək Osmanlı İmperiyasında ermənilərə qarşı soyqırm ifadəsini işlətmiş oldu. Həqiqət odur ki, bu məsələ ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyev tarixi faxtları əsas gətirərək göstərdi ki, 1915-ci ildə Türkiyə ərazisində həqiqətən soyqırm olub. Ancaq onu türklər yox, ermənilət törətmişlər. Həmin dövrdə Türkiyənin vəziyyəti ağır idi. Onu daxildən parçalamaq üçün onun ərazisinə xaricdən çox saylı sayda silahlı erməni dəstələri göndərilir və yerli ermənilərlə birləşərək dinc əhalini qırmışlar. ABŞ prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi Möhtərəm Prezidentimiz müstəqil ekspertlərin, alimlərin müxtəlif beynəlxalq tədqiqat məkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında bütün bu məqamları izah etdi.

Yeri gəlmişkən aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu danışıq əsasında dövlət başçıları ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyənatı qınayıblar. Səksən üç milyonluq Türkiyə əhalisi Azərbaycan Prezidentinin Cənab Ərdoğanla söhbəti zamanı ABŞ Prezidentinin qərarını yalnış və tarixi səhv adlandırmışdır və bir daha bildirmişdir ki, bu bəyanat regionda əməkdaşlıq meyillərinə ciddi zərər vura bilər. Odur ki, mən əminəm ki Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olacaq.

“Erməni məsələsi” Osmalı İmperiyasını bölüşdürmək məqsədilə Qərb dövlətləri tərəfindən gündəliyə gətirilən “Şərq məsələsi” nin tərkib hissəsi olaraq XIX əsrin ikinci yarısında Avropa dövlətləri tərəfindən ortaya atılmış, 3 mart 1978-ci il tarixli San- Stefano müqaviləsində və 13 iyun 1978-ci il tarixli Berlin Konqresində rəsmiləşdirilmişdir. Türkiyədə ermənilərin yaşadığı vilayətlərdə islahatlar aparılmasını təsdiq edən bu qərarlar Türkiyənin daxili işlərinə qarışmaq və erməniləri silahlı üsyanlara cəlb etmək məqsədi daşıyırdı. Bir-birinin ardınca erməni siyasi partiyaları yaradıldı və silahlı quldur dəstələri meydana çıxdı.

Əgər 1905-ci ildə ermənilərə qarşı soyqırım törədilmiş olsaydı, məntiqlə həmin ərazilərdə ermənilərin kökü kəsilmiş olaradı. I Dünya müharibəsi dövründə Şərqi Anadolunun işğalı zamanı, eləcədə 1917-ci il inqilabından sonra rus qoşunlarınnın geri çəkilməsindən istifadə edən ermənilər Şərqi Anadoluda və Cənubi Qafqazda Türk –müsəlman əhaliyə qarşı əsl soyqırım törətdilər.

Bu gün müstəqil Azərbaycan dövlətində fəaliyyət göstərən siyasi institutlar, siyasi partiyalar baş verən bu hadisəni böyük bir tarixi səhv adlandırır, Prezident İlham Əliyevin telefon danışığı zamanı səsləndirdiyi fikirlər ictimaiyyət tərəfində mühüm bir xəbər kimi qəbul edildi. Azərbaycan xalqı Parlament Dövlət və Hökumət üzvləri tərəfindən ABŞ Prezidentinin məlum açıqlanmasına göstərilən reaksiya ölkənin aparıcı siyasi partiyalarının əsas mövzusuna çevrildi. Türkiyəyə qarşı bu ədalətsizliyə hazırda Azərbaycan ictimaiyyəti yekdil şəkildə öz etirazını nümayiş etdirir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeynə dair bəyanat qəbul etdi. “Azərbaycanda siyasi partiyalardan ortaq bəyanat: ABŞ Prezidentinin mövqeyini sərt şəkildə qınayırıq” sərlövhəli bəyanatı ilə yayılan bu xəbər dünya mətbuatına manşet xəbər kimi təqdim olundu. Bu bəyanatı qəbul edən siyasi partiyaların siyahısını təqdim edə bilərik:

  1. Yeni Azərbaycan Partiyası – sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
    2. Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı
    3. “Ana Vətən” Partiyası – sədr Fəzail Ağamalı
    4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev
    5. Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa
    6. Vəhdət Partiyası – sədr Tahir Kərimli
    7. Azərbaycan Demokratik Maarifçilik Partiyası – sədr Elşən Musayev
    8. Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə
    9. Vətəndaş Birliyi Partiyası – sədr Sabir Hacıyev
    10. Milli Cəbhə Partiyası – sədr Razi Nurullayev
    11. REAL Partiyası – sədr İlqar Məmmədov
    12. Azərbaycan Ümid Partiyası – sədr İqbal Ağa-zadə
    13. Klassik Xalq Cəbhəsi Partiyası – sədr Mirmahmud Fəttayev
    14. Azərbaycan Xalq Partiyası – sədr Pənah Hüseyn
    15. Azərbaycan Demokrat Partiyası – sədr Sərdar Cəlaloğlu
    16. Böyük Azərbaycan Partiyası – sədr Elşad Musayev
    17. Vətəndaş və İnkişaf Partiyası – sədr Əli Əliyev
    18. Azərbaycan Milli İstiqlal Partiyası- sədr Arzuxan Əlizadə
    19. Ağ Partiya – sədr Tural Abbaslı
    20. “Ədalət” Partiyası – sədr İlyas İsmayılov
    21. Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev
    22. Müasir Müsavat Partiyası – sədr Hafiz Hacıyev
    23. Azad Demokratlar Partiyası – sədr Sülhəddin Əkbər
    24. Azərbaycan Liberal Demokrat Partiyası – sədr Fuad Əliyev
    25. “Milli Vəhdət” Partiyası – sədr Yunus Oğuz
    26. Aydınlar Partiyası – sədr Qulamhüseyn Əlibəyli
    27. Azərbaycan Naminə Alyans Partiyası – sədr Abutalıb Səmədov
    28. Azərbaycan Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə
    29. Yeni Zaman Partiyası – sədr Musa Ağayev
    30. Azərbaycan Sosial Rifah Partiyası – sədr Əsli Kazımova
    31. Cümhuriyyət Xalq Partiyası – sədr Bədrəddin Quliyev
    32. Müstəqil Xalq Partiyası – sədr Əflan İbrahimov
    33. “Birlik” Partiyası – sədr Xudadat Xudiyev
    34. Vahid Azərbaycan Milli Birlik Partiyası- sədr Hacıbaba Əzimov
    35. Milli Həmrəylik Partiyası – sədr Əlisahib Hüseynov
    36. Azərbaycan Respublikaçılar Partiyası – sədr Sübut Əsədov
    37. Azərbaycan Azad Respublikaçılar Partiyası – sədr Kamil Seyidov
    38. Azadlıq Partiyası – sədr Əhməd Orucov
    39. Azərbaycan Təkamül Partiyası – sədr Teyyub Qənioğlu
    40. Azərbaycan Milli Demokrat Partiyası – sədr Tufan Kərimov
    41. Azərbaycan Liberal Partiyası – sədr Əvəz Temirxan
    42. “Qorqud” Partiyası – sədr Firudin Kərimov
    43. Milli Demokrat İdrak Partiyası – sədr Osman Əfəndi
    44. Milli Konqres Partiyası – sədr İ xtiyar Şirinov
    45. Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu
    46. Sosial Ədalət Partiyası – sədr Mətləb Mütəllimov
    47. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev, Rauf Qurbanov
    48. “Azərbaycan Mübarizləri” Partiyası – sədr müavini Səadət Müslümova

Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Əfəndiyeva Teybə

Paylaşın: