Abbas Səhhətin 150 illiyinə həsr olunmuş

“Vətəni sevməyən insan olmaz”

Respublika elmi konfransı

 (online və üz-üzə iştirak)

31 may 2024-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Abbas Səhhətin 150 illiyinə həsr olunmuş “Vətəni sevməyən insan olmaz” adlı Respublika Elmi konfransı keçiriləcəkdir.

KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ

Yalnız konfransın təqviminə müvafiq olaraq tezisləri təqdim olunmuş, həmçinin konfransda çıxış edən müəlliflər rəsmi sertifikat əldə edəcək və məqaləsi e-kitaba daxil olunacaqdır.

Konfrans ödənişsizdir. Qonaqlama və kitabın çapı müəllifin öz hesabınadır.

KONFRANSIN İSTİQAMƏTLƏRİ

• Filologiya elmləri

• Tarix və coğrafiya elmləri

• Pedaqogika və psixologiya elmləri

• Təbiət elmləri

KONFRANSIN TƏQVİMİ

• Tezisin göndərilməsi üçün son tarix: 24 may 2024-cü il

• Tezisin qəbulunun cavablandırılması və proqramın göndərilməsi üçün son tarix: 29 may 2024-cü il

• Konfransın keçirilmə tarixi: 31 may 2024-cü il

KONFRANSIN İŞÇİ DİLLƏRİ

Türk, Azərbaycan

TEZİSİN YAZILMA QAYDALARI

• Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)

• Səhifənin formatı: A4

• Oriyentasiya: kitab

• Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 sm

• Şrift: Times New Roman, 12 punt

• Sətirlərarası interval: 1.5 sm

• Paraqraf: 1,25

• Tezisin həcmi: 3-5 səhifə

TEZİSİN TƏRTİBATI

• Tezisin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12)

• Müəllifin adı, soyadı və ata adı. (kiçik hərf, qalın şrift, sağ tərəfdə, şrift 10)

• Elmi dərəcə, elmi ad, vəzifə, e-poçt ünvanı, mobil nömrə (kiçik hərflər, sağ tərəfdə, şrift 10)

• İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10)

• Tezisin təqdim olunduğu istiqamət (Nümunə: Təbiət elmləri)

• Xülasə (Azərbaycan və İngilis dilində, şrift 12)

• Açar sözlər (5-7 söz, şrift 12)

Bir sətir aralı

• Əsas mətn

• Mətndə ədəbiyyata istinadın formatı: (5, səh. 100)

• Ədəbiyyat siyahısı mətnin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilir və əlifba sırası ilə tərtib edilir.

Tezislər abbassehhet-150@mail.ru ünvanına göndərilməlidir.

Əlaqə:

Azərbaycan Respublikası, Şamaxı şəhəri

İş vaxtı: 0900 – 1730

İş: + 994 20 26 9 61 24

Mobil: + 994 51 624 50 75

abbassehhet-150@mail.ru



 

Paylaşın: