ADPU-nun Şamaxı filialında tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Rəqəmsal savadlılıqdan peşəkar səriştəyə” adlı təlim keçirilib.

Təlimçi Qədirov Elmir tərəfindən keçirilən təlimdə müasir əmək bazarında İKT-nin rolu, rəqəmsal bacarıqların əhəmiyyəti, proqramlaşdırma və analitik düşüncə, onlayn alətlər və texnologiyalardan istifadə, eləcə də karyera imkanları və peşəkar inkişaf yolları müzakirə olunub.

İnteraktiv müzakirələr və fikir mübadiləsi şəraitində təşkil olunan təlim tələbələrin rəqəmsal savadlılığının artırılmasına, texnoloji biliklərinin genişləndirilməsinə və gələcək peşə fəaliyyətlərində zəruri olacaq səriştələrin formalaşdırılmasına töhfə verib.

Təlimdə fəal iştirak edən tələbələrə onların təşəbbüskarlığını və öyrənməyə marağını təşviq etmək məqsədilə sertifikatlar təqdim olunacaq.

ADPU Şamaxı filialında tələbəyönümlü, bilik və bacarıqların inkişafına xidmət edən maarifləndirici təlimlərin keçirilməsi davam etdirilir.

Rəqəmsal biliklər – peşəkar gələcəyin açarıdır!

#ADPU #ŞamaxıFilialı #RəqəmsalSavadlılıq #PeşəkarSəriştə #İKT #Karyeraİnkişafı #Tələbələr