Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İdman Klubunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş voleybol yarışı keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, komanda ruhunun və dostluq münasibətlərinin möhkəmləndirilməsi, eyni zamanda Zəfər Gününün mahiyyətinin gənclər arasında yaşadılması olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda iştirakçılar öz idman bacarıqlarını nümayiş etdirərək əsl komanda ruhu və mübarizə əzmi ortaya qoyublar.
Yarışda iştirak edən bütün tələbələrə təşəkkür edir, qalibləri təbrik edirik!
Zəfərimiz daim olsun!



