Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının tələbələri beynəlxalq elmi platformalarda fəal iştirak edərək filialın elmi nüfuzunun yüksəlməsinə və təmsilçiliyinin genişlənməsinə öz töhfələrini verirlər.

Filialın tələbələri Fidan Qafarova, Turanə Abdulhəşimova, Hülya Dəmirova və Tacir Vəlizadə ADPU-nun Şamaxı filialı ilə İKSAD-ın birgə təşkilatçılığı ilə keçirilən “ZƏFƏR” II Beynəlxalq Elmi-Araşdırmalar Konfransında elmi məqalələrlə iştirak ediblər.

Doqquz ölkədən alim və tədqiqatçıları bir araya gətirən beynəlxalq konfrans elmi fikir mübadiləsi, yeni tədqiqat istiqamətlərinin müzakirəsi və beynəlxalq akademik əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

Tələbələrimiz təqdim etdikləri elmi məqalələrə görə sertifikatlarla təltif olunublar. Onların beynəlxalq elmi tədbirdə iştirakı gənc tədqiqatçı kimi formalaşmaları, elmi potensiallarının nümayişi və akademik təcrübələrinin zənginləşdirilməsi baxımından təqdirəlayiqdir.

Bu uğur filialda tələbələrin elmi fəaliyyətə təşviqinə, onların yaradıcılıq və tədqiqatçılıq imkanlarının inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Tələbələrimizi bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, onlara yeni elmi uğurlar, beynəlxalq konfranslarda daha böyük nailiyyətlər arzulayırıq!