2026-cı il oktyabrın 9-da Şamaxı şəhərində, Dağlıq Şirvan Regional Mədəniyyət Mərkəzində keçirilən #ƏməkYarmarkasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı da iştirak edib.
Əmək yarmarkasında 20 müəssisə üzrə 105 vakansiya təqdim olunub. Tədbirin əsas məqsədi region gənclərinin məşğulluq imkanlarını genişləndirmək, işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqə yaratmaq və peşəkar kadrların işlə təmin olunmasına dəstək göstərmək olub.
Yarmarka iştirakçılara mövcud vakansiyalarla tanış olmaq, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və gələcək karyera imkanlarını dəyərləndirmək baxımından mühüm fürsət yaradıb.

