ADPU-nun Şamaxı filialında “Şəhərsalma və memarlıq” ilinə həsr olunmuş intellektual yarışın final mərhələsi keçirilib.
29 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Şəhərsalma və memarlıq” ilinə həsr olunmuş intellektual yarışın final mərhələsi keçirilib.
Tələbələrin intellektual potensialının üzə çıxarılması, bilik və dünyagörüşünün artırılması, komanda ruhunun və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi daşıyan yarış böyük maraq və rəqabət şəraitində baş tutub.
Yarışın final mərhələsində komandalar öz bilik və bacarıqlarını nümayiş etdirərək Zəfər kuboku uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı mübarizənin sonunda “Körpə Balina” komandası bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb və yarışın baş mükafatı olan Zəfər kubokunu qazanıb.
Qalib komandanı təbrik edir, bütün iştirakçılara uğurlar, yeni nailiyyətlər və intellektual yarışlarda daha böyük qələbələr arzulayırıq!








