Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Debat Klubunun təşkilatçılığı ilə “Təmənnasız yaxşılıq mövcuddurmu, yoxsa hər yaxşılıq gizli bir gözlənti (borc) daşıyır?” mövzusunda debat təşkil olunub.
Debat çərçivəsində iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, müxtəlif mövqelər irəli sürərək öz arqumentlərini əsaslandırıblar. Müzakirə iştirakçılara fərqli yanaşmaları dəyərləndirmək, tənqidi düşünmə və nitq bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.
Tələbələrin intellektual inkişafına və debat mədəniyyətinin formalaşmasına töhfə verən bu cür fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.





