Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən ənənəvi XII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının nümayəndə heyəti də iştirak edib.
Filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi və bir qrup fəal tələbə sərgini ziyarət edərək, tədbir çərçivəsində təqdim olunan zəngin kitab stendləri və nəşrlərlə yaxından tanış olub.
Bu il sərgidə 30 xarici ölkədən 59 təşkilat, 147 yerli nəşriyyat-polioqrafiya və kitab sənəti müəssisəsi təmsil olunurdu. Sərgidə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin də stendi nümayiş olunub.
Nümayəndə heyətimiz beynəlxalq və yerli stendlərlə tanış olub, həmçinin tədbirə qatılan ölkəmizin Xalq yazıçılarından tutmuş Türkiyə, ABŞ, Norveç, Polşa və digər ölkələrdən gəlmiş tanınmış müəlliflər və alimlərlə görüşmək imkanı qazanıb.
Gənclərimizin dünyagörüşünü artıran bu möhtəşəm beynəlxalq tədbirdən nümayəndə heyətimiz zəngin təəssüratlarla qayıdıb.




