ADPU-nun Şamaxı filialında “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş intellektual yarış keçirilib
Yarış Pedaqogika və psixologiya kafedrası, Məzun koordinasiyası və karyera şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi tələbələrin şəhərsalma və memarlıq sahəsində biliklərini artırmaq, onların intellektual potensialını üzə çıxarmaq, məntiqi və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, eləcə də komanda ruhunu gücləndirmək olub.
İntellektual yarışda ümumilikdə 10 komanda iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, 5 komanda final mərhələsinə vəsiqə qazanıb. Yarımfinal mərhələsində bilik və bacarıqlarını nümayiş etdirən komandalar arasında ilk üç yeri tutan komandalar diplomlarla təltif olunublar.
#ADPU #ŞamaxıFilialı #ŞəhərsalmaVəMemarlıqİli #İntellektualYarış #TələbəHəyatı








