Şərifzadə Leyla Səbuhi qızı
Müdir

Mehralıyeva Dürdanə Zakir qızı
Mütəxəssis
Şöbənin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan Respublikası təhsil siyasətinin prioritetlərinə, qüvvədə olan normativ- hüquqi aktların tələblərinə, universitetin strateji inkişaf məqsədlərinə və filialın Əsasnaməsinə uyğun olaraq müəyyən edilir və aşağıdakıları əhatə edir:
a)Azərbaycan Respuplikası Konstitusiyasında vətəndaşların təsbit olunmuş, təhsil hüquqlarının təmin edilməsi və qanunvericilik aktlarının qəbul edilməsini əsas rəhbər tutaraq fəaliyyət göstərmək.
b)Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən normativ hüquqi sənədlərin icrasına müvafiq işin təşkili.
c)Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyətı nazirlik və təşkilatlarla razılaşdırılmış qərarları nəzərə alaraq uyğun strukturlarla iş birliyi yaratmaq.
d)Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilmiş Tədris mərkəzləri ilə iş birliyi yaratmaq.
e)Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının müvafiq idarəetmə və Elmi Şuranın qərar, əmr və tövsiyyələrini yerinə yetirməklə fəaliyyət göstərir.
Şöbənin qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
Məzunlar haqqında elektron bazanın yaradılması
Məzunlar haqqında elektron məlumat bazasının daima yenilənməsi və təkmilləşməsinin təmin edilməsi;
Karyera üzrə internet portalının yaradılması və idarə olunması;
Filialın əvvəlki illərin məzunu olmuş görkəmli elm, mədəniyyət və ictimai xadimləri ilə tələbələrin görüşlərini təşkil etmək
İşəgötürənlərin və müəssisə nümayəndələrinin tələbələrlə görüşlərinin təşkil edilməsi
ADPU-nun Şamaxı filialının mütəxəssis hazırlığı aparılan ixtisasları üzrə ümumtəhsil məktəblərində görüşlər təşkil etmək
ADPU-nun Şamaxı filialında ümumtəhsil məktəb şagirdləri üçün “Açıq qapı” günlərini təşkil etmək
İxtisaslar üzrə məzunların işə qəbul imtahanlarının nəticələrinin araşdırılması və məlumatların toplanması
Məzunların işlə təmin olunmasında, əmək bazarında öz bilik və bacarıqlarına uyğun iş tapmalarında onlar üçün köməkçi vəsaitlərin hazırlanması;
Tələbələrə karyera inkişafında dəstək tədbirlərinin həyata keçirilməsini;
Tədris mərkəzlərində ixtisas seçimi zamanı ADPU-nun Şamaxı filialını təmsil etmək və müəllim hazırlığını təmin etmək;
Filialda müxtəlif ixtisaslara uyğun vakansiyalar barədə məlumatların toplanması və vakansiya yarandıqda öz məzunlarımıza üstünlük verilməsi;
İşə qəbul yolunda problemlərin aradan qaldırılması üçün təlimlər təşkil etmək;
Bölgədə ixtisaslı kadr axtarışı zamanı yeganə pedaqoji təmayüllü universitet olaraq, öncə ADPU-nun Şamaxı filialı ilə əməkdaşlıq etmələrini təmin etmək.
Vətən müharibəsi iştirakçısı və ya qazi olmuş məzunlarla görüşün keçirilməsinin təşkil etmək
Məzunlar və işəgötürənlər arasında keçirilən sorğular vasitəsilə məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi və müvafiq tövsiyələrin hazırlanması.
Əmək yarmarkalarının təşkil edilməsi.
ADPU-nun Şamaxı filialında Karyera Mərkəzi 2019-cu ildən ictimai əsaslarla fəaliyyətə başlamışdır. Həmçinin 2023-cü ildən isə filialın yenilənmiş strukturuna karyera və məzunlarla iş üzrə mütəxəssis vəzifəsi əlavə olunmuşdur. Karyera Mərkəzi təhsilalanların intellektual və mədəni inkişafı, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya xidmətlərini həyata keçirir, karyera məsləhəti xidmətləri göstərir, məzunların əmək bazarında fəaliyyətləri, karyera yüksəlişlərini izləyir, məmnunluq sorğuları təşkil edir. Mərkəzin təşkilatçılığı ilə keçirilən məzun görüşlərində onların tövsiyə və təklifləri dinlənilir, gələcək fəaliyyətlər üçün nəzərə alınır. Mərkəz ali təhsil müəssisəsi ilə əmək bazarı arasında körpü rolunu oynayır.
Karyera Mərkəzinin fəaliyyəti istiqamətləri:
Məzunların məlumatlarının elektron formada sistemləşdirilməsi
Filialın öz sahəsində uğur qazanmış əvvəlki illərin məzunu ilə tələbələrin görüşlərinin keçirilməsi
Filialın mütəxxəsis hazırlığı aparılan ixtisasları üzrə ümumtəhsil məktəblərində görüşlərin təşkili
İxtisaslar üzrə məzunların işə qəbul imrtahanlarının nəticələrinin araşdırılması və məlumatların toplanması
Məzunlar Assosiasiyasının əsaslı təsis olunaraq fəaliyyətinin gücləndirilməsi
Məzunların işlə təmin olunmasında , əmək bazarında öz bilik və bacarıqlına uyğun iş tapmaqlarında onlara dəstək göstərilməsi
Tələbələrin karyera inkişafında dəstək tədbirlərinin həyata keçirilməsini təmin etmək
Filialda müxtəlif ixtisaslara uyğun vakansiyalar barədə məlumatların toplanması və vakansiya yarandıqda öz məzunlarına üstünlük verilməsi
İşə qəbul yolunda problemlərin aradan qaldırılması üçün təlim və seminarlar təşkil etmək
Bölgəmizdə ixtisaslı kadr axtarışı zamanı yeganə pedaqoji təmayüllü universitet olaraq, öncə ADPU-nun Şamaxı filialı ilə əməkdaşlıq etmələrini təmin etmək.
Əziz məzunlar xahiş edirik aşağıdakı sorğuda iştirak edəsiniz. https://forms.gle/RpSymrVvEnBo6etM7
