ADPU-nun Şamaxı filialının tələbələrinin pedaqoji təcrübə müddətində uğurlu nəticələr əldə etməsi və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə pedaqoji təcrübə keçirilən məktəblərdə və məktəbəqədər müəssisələrdə monitorinq keçirilmişdir. Monitorinq zamanı tələbələrin fəaliyyəti ilə yaxından maraqlanılmış, onların sınaq dərsləri izlənilmişdir.
Monitorinqdə filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Süsən Cəbrayılova və Tədris şöbəsinin müdiri Ruqiyyə Babaşova iştirak edərək, pedaqoji təcrübənin effektivliyini qiymətləndirmiş və gələcək tədris prosesinin inkişafı istiqamətində təkliflər irəli sürmüşlər.Hər iki rəhbər çıxış edərək, tələbələrin tədris fəaliyyətinə verdikləri dəstəyin önəmini vurğulamış və pedaqoji təcrübənin əhəmiyyətini bir daha qeyd etmişlər.
Bu cür monitorinqlər tələbələrin pedaqoji fəaliyyətini izləyərək onların tədris bacarıqlarının inkişafına dəstək olmaq məqsədini güdür.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş, tələbələr öz suallarını ünvanlamış və faydalı məsləhətlər almışlar. Sonda tələbələrə uğurlar arzulanmış, onların təcrübə dövrünü məsuliyyətlə və fəallıqla keçirmələrinin vacibliyini vurğulanmışdır.