ADPU-nun Şamaxı filialında kafedralar üzrə  TEC-in xətti ilə aparılan elmi-tədqiqat işlərinin ilkin müzakirə mərhələsi uğurla həyata keçirilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında fəaliyyət göstərən kafedralarda Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə aparılan elmi-tədqiqat işlərinin ilkin müzakirə mərhələsi uğurla həyata keçirilmişdir.

Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasında keçirilən ilkin müzakirələr nəticəsində 2025–2026-cı tədris ili ərzində kafedranın 8 müəllimi 27 tələbə ilə elmi-tədqiqat işləri aparmışdır. Bu tələbələrdən 25 nəfəri yekun konfransda iştirak etmək üçün buraxılmışdır.

Riyaziyyat və kompüter elmləri kafedrasında isə 6 müəllimin rəhbərliyi ilə 11 tələbənin aktual mövzular üzrə elmi-tədqiqat işi aparması planlaşdırılmışdır.

Sosial və xüsusi fənlər kafedrasında 10 müəllimin rəhbərliyi ilə 34 tələbə elmi-tədqiqat işləri üzərində çalışmış, onlardan 31 nəfəri yekun konfransa vəsiqə qazanmışdır.

Pedaqogika və psixologiya kafedrasında isə 9 müəllimin rəhbərliyi ilə 30 tələbə tədqiqat işi aparmış və bütün iştirakçılar yekun konfransda iştirak hüququ əldə etmişdir.

ADPU-nun Şamaxı filialında TEC xətti ilə həyata keçirilən bu fəaliyyətlər tələbələrin elmi potensialının üzə çıxarılması və onların gələcək akademik inkişafına mühüm töhfə verməkdədir.