Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının növbəti tədris ilində tələbə qəbuluna hazırlıq, tələbə kontingentinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə İsmayıllı rayon 1 saylı orta məktəbdə Şamaxı filialının tanıtım görüşü keçirilmişdir. Sosial və xüsusi fənlər kafedrasının müəllimi Şasəddin Mikayılov və Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşovun iştirakı ilə keçirilən görüşdə filial ilə bağlı geniş məlumat verilmiş, videoçarx nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır. Eyni zamanda filialın məzunu olmuş, hal-hazırda həmin məktəbdə müəllim vəzifəsində çalışan Firuzə Bəşirova filial haqqında xoş təsuratlarını bölüşərək , burada qazandığı bilik və bacarıqların onun peşəkar fəaliyyətində mühüm rol oynadığını vurğulamış, şagirdlərə gələcək təhsil seçimlərində bu kimi imkanları dəyərləndirməyi tövsiyə etmişdir.




