Məktəbəqədər təhsil ixtisasının buraxılış ili tələbələri üçün Bağça müəllimlərinin işə qəbuluna hazırlıq məqsədilə təlim uğurla təşkil olunmuşdur.

Təlim Pedaqogika və Psixologiya kafedrasının müəllimi İsgəndərova Həmidə  tərəfindən aparılmışdır. Təlimin əsas məqsədi tələbələrin uşaqların inkişaf səviyyəsini düzgün qiymətləndirmək bacarıqlarını artırmaq, uşaqların psixoloji və sosial davranışlarını müşahidə etmək və analiz etmək metodlarını mənimsətmək, eləcə də onların gələcək pedaqoji fəaliyyətinə hazırlığını gücləndirmək olmuşdur.

Təlim çərçivəsində uşaqların fiziki, intellektual, emosional və sosial inkişaf sahələri üzrə nəzəri biliklər sistemli və ardıcıl şəkildə təqdim edilmişdir. Tələbələrə müxtəlif interaktiv tapşırıqlar, müşahidə nümunələri və praktik ssenarilər üzərində iş aparmaq imkanı verilmiş, bu yolla onların analitik düşünmə və pedaqoji qərarvermə bacarıqları inkişaf etdirilmişdir.

Təlim zamanı interaktiv müzakirələr təşkil olunmuş, iştirakçıların sualları ətraflı izah edilmiş və onların fərdi yanaşma və müstəqil düşünmə bacarıqları xüsusi diqqət mərkəzində saxlanılmışdır. Tələbələr həmçinin MİQ imtahanının tələbləri və uşaqların inkişaf səviyyəsinin qiymətləndirilməsi üzrə praktik nümunələr vasitəsilə imtahana hazırlıq təcrübəsi qazanmışlar.

Beləliklə, həyata keçirilmiş təlim tələbələrin nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, onların praktik bacarıqlarını inkişaf etdirmiş və gələcək pedaqoji fəaliyyətlərində effektiv şəkildə tətbiq edə biləcəkləri metodik yanaşmalarla tanış olmalarına şərait yaratmışdır.