Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında  səfərdə olublar.

İlk olaraq 44 günlük Vətən müharibəsində şəhid olan məzunlarımızın xatirə lövhəsi ziyarət olunaraq önünə tər güllər düzülüb.

Səfər çərçivəsində filialın fəaliyyəti, maddi-texniki bazası, tədris prosesi və həyata keçirilən layihələrlə yaxından tanışlıq baş tutub.

Qonaqların iştiraki ilə filailın kollektivi ilə keçirilən görüş zamanı  müəllim hazırlığının keyfiyyətinin artırılması, regionlarda ali təhsilin inkişaf perspektivləri, tədris prosesində innovativ yanaşmaların tətbiqi, tələbələrin elmi və sosial fəallığının dəstəklənməsi istiqamətində görülən işlər müzakirə olunub və professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılaraq onların təklif və fikirləri dinlənilib.

Nazir muavini Həsən Həsənli təhsil sahəsində həyata keçirilən yeniliklərin regionlarda tətbiqinin əhəmiyyətini vurğulayaraq, filial kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Sonda ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və  filialın kollektivi nazir müavini Həsən Həsənliyə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova filiala göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib.