Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsi tərəfindən “ADPU ŞAMAXI–2030” strateji inkişaf planına uyğun olaraq 2026-cı ilin aprel ayında “Moodle LMS platformasından və korporativ e-mail ünvanlarından effektiv istifadə bacarıqlarının inkişafı” mövzusunda təlimlər keçirilmişdir.
Təlimlər filialın professor-müəllim heyətinin rəqəmsal savadlılığının artırılması, müasir tədris alətlərindən səmərəli istifadə bacarıqlarının formalaşdırılması məqsədi daşıyıb.
Keçirilən təlimlər zamanı iştirakçılara Moodle platformasında kursların yaradılması və idarə olunması, tələbələrlə interaktiv əlaqənin qurulması, həmçinin korporativ e-mail sistemindən düzgün və effektiv istifadə qaydaları praktiki şəkildə izah edilmişdir.
Təlim iştirakçıları tərəfindən mövzuya böyük maraq göstərilmiş, praktiki tapşırıqlar vasitəsilə əldə olunan biliklər möhkəmləndirilmişdir.
İKT şöbəsi tərəfindən gələcəkdə də rəqəmsal bacarıqların inkişafına yönəlmiş bu kimi təlimlərin davam etdirilməsi planlaşdırılır.










