Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının növbəti tədris ilində   tələbə  qəbuluna hazırlıq, tələbə kontingentinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi  məqsədilə  Qobustan şəhərində orta məktəblərdə  Şamaxı filialının tanıtım görüşləri keçirilmişdir.  Görüşdə filial ilə bağlı geniş məlumat verilmiş,  videoçarx nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.