ADPU-nun Şamaxı filialında  Heydərova Dürdanə tərəfindən MİQ təlimi keçirilib.Fizika müəllimliyi ixtisası üzrə təhsil alan buraxılış ili tələbələri üçün təşkil olunmuş təlim uğurla həyata keçirildi. Təlim Riyaziyyat və kompüter elmləri kafedrasının  müəllimi Heydərova Dürdanə İntiqam qızı tərəfindən aparılmışdır.

Təlimin əsas məqsədi tələbələri müəllimlərin işə qəbulu (MİQ) imtahanına daha effektiv şəkildə hazırlamaq, onların bilik və bacarıqlarını sistemli şəkildə möhkəmləndirmək olmuşdur. Təlim zamanı iştirakçılara Fizika fənni üzrə MİQ imtahanında tətbiq olunan proqram haqqında geniş və əhatəli məlumat verildi. Proqramın strukturu, əsas mövzu istiqamətləri, hər bir bölmənin əhatə dairəsi və imtahanda istifadə olunan qiymətləndirmə meyarları ətraflı şəkildə izah olundu.

Bununla yanaşı, imtahan zamanı qarşıya çıxan sual tipləri, onların həlli üsulları və düzgün cavab strategiyaları praktiki nümunələrlə nümayiş etdirildi. Tələbələrə vaxtın düzgün bölüşdürülməsi, test tapşırıqlarının analiz edilməsi və çətin suallara yanaşma üsulları barədə də faydalı tövsiyələr verildi.

Təlim interaktiv formada təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və onların mövzu ilə bağlı çətinlik çəkdikləri məqamlar aydınlaşdırılmışdır.