Azərbaycan Dövlət Pedaqoji universitetində tələbə məmnuniyəti sorğularının təkmilləşdirilməsinə həsr olunmuş onlayn iclas keçirildi. İclas Rektor yanında fəaliyyət göstərən Keyfiyyət Komissiyası, Monitorinq Komissiyası və Keyfiyyətin Təminatı şöbəsinin nəzdində yaradılmış İşçi qrupunun birgə təşəbbüsü ilə baş tutmuşdur.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun sədrliyi ilə keçirilən görüşdə universitetdə həyata keçirilməsi planlaşdırılan yenilənmiş tələbə sorğularının məzmunu geniş müzakirə edildi. Müazkirədə ADPU-nun Şamaxı filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Cəbrayılova Süsən və şöbənin əməkdaşları iştirak etmişdir.

