Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Məktəbəqədər təhsil ixtisasının Proqram Akkreditasiyası üzrə Təşkilat Komitəsinin İclası keçirildi.

İclasa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Proqram Akkreditasiyası Komissiyasının məktəbəqədər təhsil ixtisası üzrə noyabr ayında keçirilən akkreditasiyanın hesabatı müzakirə olundu.

Filialın direktoru, dosent Tünzalə Yusifova filialın akkreditasiya prosesinə mütəşəkkil hazırlığından bəhs edərək təqdim olunan yekun hesabatın hər bir meyar üzrə qarşıya yeni vəzifələr qoyduğunu qeyd etdi.  Təşkilat Komitəsinin üzvləri hər biri öz vəzifələrindən irəli gələn məsələlərlə bağlı ardıcıl çıxış etdilər.           İclasın sonunda Komitə üzvlərinin qarşısında duran vəzifələr və görüləcək işlər geniş şəkildə müzakirə olunub.